07 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Çingiz İsmaylovun (iqtisad elmlər doktoru, AVCİYA-nın eksperti) çıxışı

Bu layihə Azərbaycan üçün çox vacibdir. Seçilmiş rayon da Tərtər rayonudur, çünki Sərsəngin su ehtiyatlarının istifadəsi Tərtər rayonu üçün çox önəmlidir.

Bilirsiniz ki, Azərbaycan ümumiyyətlə, bütövlükdə quraq zonada yerləşir və Sərsəng rayonu da yarımquraq zonadır, su tələbatı burda çox vacibdir. Bu müddət ərzində Sərsəngə çox böyük ziyan dəymişdir. Yəni biz iki səpgidə bu layihəni təhlil etməliyik. Birinci, bu müddət ərzində suyun çatışmamazlığı nəticəsində Tərtər rayonuna və digər Tərtər çayınin keçdiyi ərazilərə hansı həcmdə iqtisadi, sosial, ekoloji ziyan dəymişdir.

İkinci, Sərsəng su anbarının ağır istismar vaxtından texniki vəziyyətini nəzarətə almaq, burada gəza olsa və yaxud ermənilər tərəfindən təxribat olsa, hansı həcmdə ziyan dəyə bilər. Mən hesab edirəm,bizbu iki səpgidə  layihəni realizə etməliyik.

İlk mərhələdə  dəymiş ziyan haqqında danışmalıyıq.Rayon başçısı Ceyhun müəllimburada çox yaxşı faktlardedi. Tərtər çayı vasitəsilə rayonun suya tələbatının 7%-dən azı istifadə olunur. Lakin artezian quyuları da suya təlabatıtam təmin etmir. İndi hesab edin, əgər burada elektrik enerjisi çox sərf olunursa, deməli, istehsal olunan məhsulun da maya dəyərində o özünü büruzə verir. Yəni Tərtərdə istehsal olunan kənd təsərrüfatı məhsullarınin maya dəyəri,suya çox elektroenerji sərf olunduğu üçün daha baha başa gəlir. Bu iqtisadi məsələnin bir tərəfi.

İkinci məsələ -torpaqların məhsuldasrlığının aşağı düşməsi. Mən indi,bura gəlincə,yol boyu torpaqların vəziyyətini  müşahidə edirdim və fikir verirdim ki, çayın axdığı hissələrə qədər çınqıl istehsal edən kiçik sexlər var. Bu da çox vacib bir ekoloji məsələdir. Əgər çayın məcrasından bu qədər daş çıxarılırsa, emal edilirsə, sabah bu çay tam gücü ilə axası olsa, burada ekoloji dəyişikliklər baş verəcək. Bunu nəzərə almaq lazımdır.

Üçüncü vacib məsələ – torpaqların münbütlüyünün aşağı düşməsi. Suyun çatışmamazlığı nəticəsində torpaqlarınməhsuldarlığıaşağıdüşəcək. Təbii ki, əldə olunan məhsulun bir hektara sentneri aşağı düşür.

Artezian quyuları ilə bağlı, məndə olanməlumata görə, burada qrunt sularının səviyyəsi aşağı düşür və quyularda getdikcə daha dərin qatlardan çıxarılır, yenə də elekroenerjinin sərfi artır. Bunların hamısı iqtisadiyyata dəyən ziyandır.

Ümumiyyətlə, hamı üçün bəllidir ki, XXI əsrdə energetika problemi su problemi olacaq. Hətta belə bir hipotezlər də var ki, XXI əsrdə müharibələr su üzərində olacaq. Azərbaycan da quraqlıq zonadır. Azərbaycan üçün su əhəmiyyətli dərəcədə vacibdir. Ermənilərin Sərsəng su anbarı vasitəsilə suyun yayda az, əksinə, qışda daha böyük həcmdə buraxılması, əlbəttə ki, rayonun və ətraf bölgələrin iqtisadiyyatına çox böyük ziyan vurur.

Dördüncü vacib məsələ – sosial problemdir. Əgər burada kənd təsərrüfatında çalışanların sayı azalırsa, deməli, bu, sosial problemdir.Əhali məcburən, öz ənənəvi əmək vərdişlərindən digər sahələrə yönəlirlər.Ola bilər ki, bir hissəsi də miqrasiya etmişdir. Hətta mən bir maraqlı fikir deyim. Bu insanlar su qıtlığından elə həddə çatarlarki, ola bilər,sabah onlar qalxsınlar və desinlər ki, biz gedirik müharibəyə. Bunu da gözləmək lazımdır, bu da sosial problemdir. İnsanlar əgər su qıtlığından əziyyət çəkirlərsə, bucox böyük problemdir və bu hansı fəsadlar verə bilər? Baxmayaraq ki, rayon rəhbərliyi, ölkə rəhbərliyi bunu xüsusi nəzarət altında saxlayır, vəsait ayırır, quyular qazdırır, ancaq bunlar kifayyət qədər deyil. Yəni bu təbii olmalıdır.

Həmçinin,məngələndə,yol boyu müşahidə edirdim ki, burada bəzi yerlərdə yarğanlar əmələ gəlib. Bu da suyun çatışmamazlığındandır. Biz bilirik ki, dünyada ən vacıb problemlərdən biri antropogen,yəni insanın fəaliyyəti nəticəsindəsəhralaşmadır. İndi Tərtər rayonunda çox orijinal bir proses gedir, mən müşahidə etmişəm. Su çatışmamazlığından, ermənilərin təsirindən, suyun verilməməsi nəticəsindən, insanların istəyindən asılı olmayaraq, antropogen səhralaşma baş verir. Bu, çox xoşagəlməz halldır.

Sosial, ekoloji, iqtisadi problemlərə dəyən ziyanlar artıq vardır. Yəni mən,AVCİYA-nın bir eksperti kimi, Azərbaycanda regional inkişaf mərkəzinin rəhbəri kimiinanıram ki, biz bu məsələlərlə məşğul olacagıq, bu layihənin növbəti mərhələsində artıq hesablamaları ortaya qoyacagıq ki, Sərsəngin su ehtiyyatlarınınverilməməsi nəticəsində torpaqların istifadəsində, sosial sahədə, ekoloji sahədə nə qədər ziyan dəymişdir. İkinci mərhələdə,mən hesab edirəm, burada slaydda göstərilmiş bir neçə model var, indi biz bu modelləri tərtib edirik, əgər qəza baş versə, bənd partlasa, ilk növbədə hansı bölgələr su altında olacaq və hansı kəndlər birbaşa suyun altında qalacaq. Yəni bu bir modeldir, bir versiyadır. Ancaq biz bunu daha dəqiq hesablamalar əsasında müəyyənləşdirəcəyikvə iki-üç belə xəritə təqdim edəcəyik. Mən xəritə gətirmişəm. Yuxarı Qarabağ xəritəsindəartıq ziyan dəymiş zonaları göstərmişik. Bunu dəqiqləşdirib, daha iri miqyasda tərtib edəcəyik və göstərəcəyikki,haraya ziyan dəymişdir və qəza baş versə,bu zonanın sahəsi necə dəyişə bilər.

Mən minnətdaram ki, belə bir layihə keçirilir və çox istərdim ki, yerli əhali də bilsin ki, bu rayon üçün böyük təhlükədir və bu sahədə işləri gücləndirsinlər. Sağolun!