07 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Ramin Qasımovun (Rusiya Federasiyası Dumasının əməkdaşı) çıxışı

– Hörmətli xanımlar və cənablar. 

Dəvətinizə görə təşəkkürümü  bildirirəm, hörmətli Elxan müəllım. İlk dəfədir ki, biz Tərtər rayonuna səfər edirik. Bizdə, Moskvada, artıq soyuqlar düşüb, yağışlar yağır, amma Tərtərin qədim torpağında işıqlı, günəşlı bir gündür və istidir. İstəyirəm hər zaman qünəşli, gözəl havanız olsun. 

Elxan müəllım, sizin apardığınız çox gərgin işə görə təşəkkür edirəm. Mən fərqindəyəm ki, Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasında sizlər nə qədər də ciddi iş görursünüz. Bu çox çətin bir işdir, lakin siz bu yolu seçmisiniz. 

Elxan müəllım, öz çıxışında bir məsələyə toxunduz ki, Dağlığ Qarabağ məsələsi Azərbaycan ictimaiyyəti üçün, Azərbaycan mətbuatı üçün hal-hazırda 40 faizə qədər əhatə edilir və bu məsələ ilə əlaqədar istərdim Azərbaycan KİV-lərinə, ictimaiyyətinə bir müraciət edim. Bilirəm ki, KİV-lər üçün daha çox reytenqli və qalmaqal yaradan xəbərlər lazımdır, lakin düşünürəm ki, bu məsələ bütün Azərbaycan ictimaiyyəti üçün bir nömrəli problem olmalıdır. 

Dostlar mən bilirəm ki, Azərbaycanda müxtəlif xalqların, müxləlif dinlərin nümayəndələri yaşayır, həmçinin erməni əsilli insanlar da Azərbaycanda yaşamaqdadır və bu məlumatı hər məkanda hər an demək lazımdır. Mən Rusiyada sovet məktəbində oxumuşam və müəllımlər çox böyük bir faciəvi müharibə, yəni Böyük Vətən müharibəsi haqqında bizə öyrədirdilər. 68 il keçməsinə baxmayaraq biz hələ də bu müharibənin xatirələri ilə yaşayırıq. Bütün sovet insanları, rus xalqı hər il mayın 9-u bu bayramı qeyd edir. Elxan müəllım, bu sözləri sizin fikirlərinizə dəstək olaraq deyirəm. Yalnız 20 il keçib və çox təəccüb doğuran məqam ondan ibarətdir ki, 68 il bundan əvvəl Sovet xalqına qarşı baş verən hadisələri unutmamışıq, lakin 20 il bundan qabaq baş verən hadisələri tədricən unuduruq. Azərbaycanlılar sülhsevər, qonaqpərvər və dost bir xalqdır. Biz əlimizdən gələni edəcəyik ki, bizim iki ölkə Rusiya və Azərbaycan dostluq münasibətlərini möhkəmləndirsinlər. Son dövrlərdə ətrafımızda baş verən hadisələr, məsələn Suriyada baş verən problemlər və yaxud digər ölkələrdəki olaylar onu göstərir ki, biz bir yerdə olmalıyıq, çiyin-çiyinə olmalıyıq. Cənab Markov dediyi kimi, biz təmsil olduğumuz yerdə işləyərək bu dostluğun inkişaf etməsinə öz kiçik töhfəmizi verməliyik.