07 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Rüstəm Məmmədovun (Azərbaycan Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin kafedra müdiri, professor) çıxışı

Şer dünyasının peyğəmbəri sayılan Nizami Gəncəvi deyib ki, bir incə saflığı varsa da suda, artıq içiləndə dərd verir su da. Bu gün suyun artıq olması problemi ilə biz üzləşmişik. Bu gün Xabarovsk vilayətində artıq suyun törətdiyi fəsadlarla baş-başa, üz-üzəyik və cəmiyyət bu artıq su məsələsini həll etməlidir. Dünya, bəşəriyyət və mənə elə gəlir ki, biz bu məsələnin həllində ilk növbədə beynəlxalq konvensiyaya,   beynəlxalq hüquqa istinadən çıxış etməliyik. 

1997-ci ildə BMT-nin beynəlxalq su hövzələri ilə baglı konvensiyası var – «Beynəlxalq sututarlar haqqında Konvensiya». Həmin konvensiya hər bir dövlətin, yəni su hövzəsinə daxil olan, yaxud onunla qonşu olan dövlətin fəaliyyətini tənzimləyir və orada heç bir dövlət su hövzəsindən başqa dövlətə qarşı silah kimi işlədə bilməz, çünki su hövzəsinin suyu əslinə qalsa nüvə silahı qədər ağır bir fəsadlar verə bilər. 

Mənə elə gəlir ki, biz bu günləri qərarımızda Ermənistanı 1997-ci il BMT-nin su hövzələri haqqında konvensiyasına qoşulmağa cağırmaq barədə bir təkliflə çıxış etməliyik və Ermənistanı bu mənada “su hövzələrini işğal etmək qadağandır” cümləsini yaddaşına salmalıyıq və ikincisi də, o su hövzəsi onların nəzarətində oldugundan, ondan silah kimi istifadə etməyi qadağa edə biləcək tədbirləri təmin eləməliyik. Mən bunu bizim xarici ekspertlərə, bizim xarici jurnalistlərə müraciətlə deyirəm ki, onlar bu məsələdə haqq səslərini qaldırsınlar. Mən çox söz deyərdim, çox təəssüf edirəm ki, mən bu konfransda əsas məruzəçi deyiləm, lakin bununla bağlı bizim yeganə silahımız yaxın dostlarımız olduğu qədər də, ən çox istinad etdiyimiz beynəlxalq hüquqdur. Biz beynəlxalq hüququn ətəyindən möhkəm tutmalıyıq və bu beynəlxalq hüquq vasitəsi ilə bu problemi həll etməliyik. Çox sağ olun!