Erməni mətbuatı millət vəkili Elxan Süleymanov haqqında yazıb

Fransız dilində yayımlanan Nouvelles Arménie (armenews.com) elektron jurnalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili  Elxan Süleymanovun Ceyms Uorliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Beynəlxalq e-jurnalı həmin yazını təqdim edir:  

Amerikan diplomatı Ceyms Uorlik Sərsəng su anbarı ilə bağlı münaqişəyə son qoymaq üçün etdiyi bəyanatdan sonra Ermənistanın maraqlarına xidmət etməkdə ittiham olunub.   Ceyms Uorlik bəyanatında deyir: ” Bu Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu müsbət addım olardı”. Xatırladaq ki, bu şəxs ATƏT-in Minsk qrupunun həmsədridir və Qarabağ münaqişəsinin nizamlanmasında məsul şəxsdir.   Lakin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti  Elxan Süleymanov məsələyə belə münasibət bildirib: “Ceyms Uorlikin ideyaları fantastik və sərsəmdir”.  

Digər tərəfdən o, əlavə edib ki, işğala son qoyulmayanadək Azərbaycan işğalçı dövlətlə, həmçinin onun formalaşdırdığı separatçı rejimlə heç bir əməkdaşlıq etməyəcəkdir.  

Süleymanov həmçinin, Ceyms Uorlikin məsələdəki mövqeyni sual altına qoyub. O, bildirib ki, Minsk qrupu münaqişənin həllində neytral olmalıdır.  

O, bəyan edibi ki, Ceyms Uorlik keçən il qondarma Dağlıq Qarabağ Respublikasının Baş naziri Artur Aqabekyan tərəfindən irəli sürülmüş və  reallaşdırılması qeyri-mümkün olan təklifləri təkrar etməkdən başqa bir şey etmir.  

O, eyni zamanda Ceyms Uorliki Avropa Şurası Parlament Assembleyası tərəfindən keçən həftə təyin olunmuş məruzəçiyə təsir göstərməkdə ittiham edir.  

Süleymanov qeyd edib: “Hesab edirəm ki, Ceyms Uorlikin fikirləri Sərsəng üzrə məruzəçinin araşdırmalarına təsir etmək məqsədi güdür”.  

“Bununla da Cənab Uorlik məruzəçiyə və AŞPA üzvlərinə bununla mesaj ötürür ki, bu, Amerikanın mövqeyidir”.  

Sərsəng su anbarı 76 m hündürlükdə yerləşir və 12 km uzunluğu olab bir göldən ibarətdir.   Fərid Əliyev  

“KarabakhİNFO.com”