AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi

AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi

23.11.2015-ci il tarixində AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edildi.


24-Noyabr-2015, 07:33 Ətraflı

Elxan Süleymanov: "Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənsə, bunun ciddi nəticələri ola bilər"

Elxan Süleymanov: "Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənsə, bunun ciddi nəticələri ola bilər"
AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçiriləcək iclasında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə təklifi müzakirəyə çıxarılacaq və səsə qoyulacaq.
21-Noyabr-2015, 12:39 Ətraflı

Ermənistan parlamenti təlaş içindədir….

Ermənistan parlamenti təlaş içindədir….

Ermənistan parlamenti təlaş içindədir….

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

 

AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzəsi müzakirəyə çıxarılacaq.


17-Noyabr-2015, 14:51 Ətraflı

AŞPA məruzəçisi Meliça Markoviç Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşdü

AŞPA məruzəçisi Meliça Markoviç Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşdüDünən, 24 avqust 2015-ci il tarixində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”üzrə AŞPA məruzəçisi xanım Meliça Markoviçin Azərbaycana növbəti səfəri başladı. Səfərin ilk günü məruzəçi və onu müşaiyət edən, müstəqil ekspert Styliani Lydia Vamvakeriounun də daxil olduğu 5 nəfərlik nümayəndə heyəti ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) üzvlərinin görüşü baş tutdu.
25-Avqust-2015, 08:51 Ətraflı

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”24-27 avqust 2015-ci il tarixlərində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaq.
14-Avqust-2015, 08:24 Ətraflı

Layihə haqqında

“Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsinin məqsədi Sərsəng su anbarının fəaliyyətinə və onun doğuracağı mümkün humanitar faciənin qarşısının alınmasına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir. Biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilmiş ərazilərlə həmsərhəd olan aşağı Qarabağ rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının suyunun buraxılmasına erməni tərəfinin yaratdığı süni əngəllərə, erməni tərəfinin sudan ekoloji silah kimi istifadə etməsinə, işğal olunmuş ərazi ilə həmsərhəd ərazilərin ətraf mühitinə (heyvan və bitki növlərinin, o cümlədən nadir və kökü kəsilməkdə olan növlərin su çatışmazlığı nəticəsində məhv olmasına, torpaqların deqradasiyasına və səhralaşma proseslərinin artmasına), iqtisadiyyatına, insanların həyat və səhhətinə yetirilən zərərə - gözlənilən humanitar faciəyə cəlb etmək istəyirik...

31-Avqust-2013, 12:40 Ətraflı