Mətbuat nümayəndələri üçün elan

25 yanvar 2014-cüil tarixdə saat 10:00-13:00-dək olan müddətdə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Bərdə şəhəri Elektron kitabxana binasında “Sərsəng su anbarının meliorasiya şəbəkəsinə təsiri” mövzusunda Seminar keçiriləcəkdir.

Seminarda Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Goranboy rayonlarında yerləşən Suvarma sistemləri və mexaniki suvarma idarələrinin, Subartezian quyu

larının istismarı idarələrinin, Ağcabədi meliorasiya idarəsinin, Tərtərçay hidroqovşağının İstismarı idarəsinin, Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Bərdə dayaq məntəqəsi nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bərdə İcra hakimiyyəti və Meliorasiya və Su təsərrüfatı ASC-nin rəhbər vəzifəli şəxslərinin dəvət edildiyi seminarda Ermənistan Respublikasının işğalı altında olan Sərsəng su anbarından Tərtər çayına və meliorasiya şəbəkəsinə nizamsız su buraxılışının meliorasiya şəbəkəsinə təsiri ilə bağlı təqdimatlar ediləcək, müzakirələr keçiriləcəkdir.

Mətbuat nümayəndələri dəvətlidir.

Ətraflı məlumatı www.sarsang.org  səhifəsindən və ya layihənin əlaqələndiricisi Samir İsayevdən əldə etmək olar.