“Sərsəng – humanitar faciənin qarşısının alınması ” layihəsi üzrə Dəyirmi masanın gündəliyi

“Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi üzrə

Dəyirmi masanın gündəliyi

07 sentyabr 2013-cü il Tərtər şəhəri, Gənclər Mərkəzi

 

11:30 – 12:00 İştirakçıların qeydiyyatı

12:00 – 12:15 Dəyirmi masanın açılışı, salamlama

AVÇİYA Prezidenti, millət vəkili cənab Elxan Süleymanov

Tərtər rayon İcra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov

12:15 – 13:00 Məruzələr:

Sərsəng su bəndinin doğurduğu nəticənin və risklərin beynəlxalq hüquqi məsələləri, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev

Sərsəng su anbarının Aran Qarabağının iqtisadiyyatına təsiri, Çingiz İsmayılov, iqtisadi elmlər doktoru

Sərsəng su bəndinin tənzimlənməyən fəaliyyətinin bölgənin ətraf mühitinə zərəri, Samir İsayev, layihənin əlaqələndiricisi

Sərsəng su anbarında baş verə biləcək qəzanın mümkün fəsadları, Tariel Hüseynov, Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi, tarix elmləri namizədi

Dünyada baş vermiş humanitar təhlükələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması təcrübəsi – beynəlxalq hüquqi aspektlər, Kamil Səlimov, hüquq elmləri doktoru

Məsələ ilə bağlı ekspert rəyi, Spiridon Kuvelis, Yunan parlamentinin keçmiş üzvü

Məsələ ilə bağlı ekspert rəyi, Haqqı Kəskin, Alman parlamentinin (Bürgerschaft) keçmiş üzvü, siyasi elmlər üzrə professor

Məsələ ilə bağlı ekspert rəyi, Eero Lehti, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya parlamentinin üzvü

Məsələ ilə bağlı ekspert rəyi, Sergey Markov, siyasi elmlər namizədi

13:00 – 14:00 Müzakirələr

14:00 Dəyirmi masanın bağlanması