Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib

Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilibAzərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Tərtər rayonlarının sakinlərinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərin AVCİYA tərəfindən təqdimatı keçirilib.Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Sərsəng su anbarı haqqında məlumat verərək bildirib ki, su anbarı 20 ildir qəza vəziyyətindədir: “Orada texniki xidmət, qəza vəziyyətinin aradan qaldırılması istiqamətində heç bir iş aparılmır...

19-Fevral-2014, 16:07 Ətraflı

İşğalçılıq siyasəti “Sərsəngi” ekoloji silaha çevirib

İşğalçılıq siyasəti “Sərsəngi” ekoloji silaha çevirib400 min nəfər əhali təhlükə altında yaşayır

İşğalçılıq siyasətini həyata keçirmək üçün Ermənilər ekoloji terror vasitələrinə əl atıb, bununla da nəinki insanlığa qarşı, həm də təbiyyətə qarşı amansız cinayətlərə başlayıb. Dediklərimizə nümunə olaraq erməni işğalçılarının Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət dünya miqyasında aparılan ən böyük humanitar böhranlardan biridir.

15-Fevral-2014, 10:24 Ətraflı

Sərsəng harayı

Sərsəng harayıBu  gün Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibədə atəşkəs olsa da, müharibə digər üsullarla- bioloji, ekoloji terror vasitəsilə davam etdirilir və cəbhə bölgəsində, o cümlədən Tərtər rayonunda yaşayan insanlar bundan daha çox əziyyət çəkirlər.

Götürək elə ötən ilin yay fəslini...

12-Fevral-2014, 14:21 Ətraflı

Sərsəng problemi

Suyun düşmənin əlində olması qorxuludur.

Suyun düşmənin əlində olmasından qorxulu heç nə yoxdur. Hinduların bu iddiası günümüzə qədər gəlib çıxmışdır, belə ki, bizim hər birimiz üçün hava və su ən vacib elementlərdir.

Dağlıq Qarabağın işğalına, 1992-ci ilə qədər Sərsəng su anbarı Azərbaycanın 6 rayonunda (Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi) 100 hektar ərazini suvarma suyu ilə təmin edirdi. Blokada nəticəsində nəinki sudan istifadə hüquqları pozulur, həmçinin, kənd təsərrüfatı da əhəmiyyətli dərəcədə ziyan çəkir, ev işlərinin həyata keçirilməsi isə ümumiyyətlə qeyri-mümkün hal alır...

11-Fevral-2014, 09:54 Ətraflı

Ermənistandan növbəti təhdid: Sərsəng su anbarı partladıla bilər

1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilən Sərsəng su anbarı 12 kilometr uzunluğu olan çayın üzərində tikilib. Onun ümumi sututumu 565 mln m³, bəndin hündürlüyü isə 125 m- dir. Sərsəng su anbarı hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Su anbarına və onun qurğularına 20 ildən artıqdır ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətindəndir. Sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər...

07-Fevral-2014, 11:20 Ətraflı

Sərsəng Su Anbarı: Ermənilərin əlində iqlim silahı

Məqalə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən icra olunan "Sərsəng Harayı" adlı müsabiqədə iştirak üçün yazılmışdır.

Bütün dünyanın diqqətinin Suriyada kimyəvi silahdan istifadə və İranda uranın zənginləşdirilməsinə cəlb olunmasına baxmayaraq, Azərbaycanın sərhədyanı qərb bölgəsinin 6 rayonunun sakinləri artıq  20-dən ildən çoxdur ki, iqlim silahı təhdidi qarşısında qorxu altında yaşayırlar. Söhbət ermənilər tərəfindən işğal olunan Ağdərə rayonunda yerləşən Azərbaycanın Sərsəng Su Anbarından gedir.

21-Yanvar-2014, 14:29 Ətraflı