Sərsəng təhlükəsi

Sərsəng təhlükəsi]Hazırda bu məsələnin beynəlxalq gündəmdə qalması üçün ciddi addımlar atılır

Ermənilər daim azərbaycanlılara qarşı düşmənçilik siyasəti yeridirlər. 20 faiz torpaqlarımızı işğal edən Ermənistan hazırda bu ərazilərdəki strateji obyektlərdən Azərbaycan əleyhinə istifadə edir. Belə ki, Azərbaycanın bir sıra su hövzələri erməni təxribatının qurbanına çevrilib. İşğal olunan ərazilərdə qalan Sərsəng su anbarı da erməni təxribatına çevrilən obyektlərdən biridir...

09-Dekabr-2013, 12:42 Ətraflı

Ermənilərin Azərbaycana qarşı su terroru

Erməni faşizminin çirkin işğalçılıq siyasətindən əzab çəkən təkcə tarixi ata-baba torpaqlarından didərgin salınmış 1 milyon 200 min günahsız qaçqın və məcburi köçgünlərimiz deyil, həm də 23 ildən bəriekoloji terrora məruz qalmış  torpaqlarımızdır. Bu gün əkinə yararlı torpaqlarımızın 1milyon 700 min hektarı, yerüstü su ehtiyatlarımızın 70 faizi, keçilməz meşələrimizin yarıdan çoxu işğal zonasındadır.

Ermənilərin doğma yurd-yuvalarından didərgin saldıqları məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyanı və talan edilmiş təbii sərvətlərimizi qiymətləndirmədə təxminən 60 milyard dolları ötür. Bəzi beynəlxalq təşkilatların laqeydlik və biganəliyi ikili standartlar siyəsəti üzündən namərd qonşularımızın Azərbaycana qarşı ekoloji terroru ilbəil genişlənir.

05-Dekabr-2013, 12:00 Ətraflı

Dünya ictimaiyyəti Sərsəng su anbarının harayına biganə qalmamalıdır

Yüzilliklərdən ötüb gəlmiş aşağıdakı el bayatısı sanki Sərsəng su anbarının bu günü üçün səslənmişdir.Hazırda baş verə biləcək böyük bir faciə ilə üz-üzə qalmış, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə möhtac Sərsəng su anbarının.

Haray, ellilər, haray,

Atı yellilər, haray!

Dəhnəni su aparır,

Əli bellilər, haray!

Sərsəng su anbarı 1965-1976-cı illərdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Ağdərə rayonunun ərazisində, Tərtər çayının üzərində, dəniz səviyyəsindən 726 metr hündürlükdə inşa edilmişdir. Bu su anbarı hündürlüyü 125 metr olan bənddən, həcmi 560 milyon kubmetr, sukeçirmə qabiliyyəti saniyədə 900 kubmetr olan hidrotexniki qurğudan ibarətdir.

30-Noyabr-2013, 14:34 Ətraflı

Mübahisəli su

Bu ayın əvvəlində İrandan elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar olaraq Ermənistan qısamüddətli energetik krizis yaşadı. Noyabr ayının 2-də elekrik enerjisinin kəsilməsi nəticəsində Gümrü və Vanadzorla yanaşı Yerevanın da 70 %-i ziyan çəkdi və bu hökümətin energetik siyasətini böyük şübhə altına qoydu.

Bununla yanaşı, bu müddət ərzində normal şərtlər daxilində paytaxtın enerjiyə olan tələbatının yalnız 35%-ni təmin edən nüvə elektrik stansiyasında gedən təmir işləri də Yerevanda çox çətin vəziyyət yaratdı. 

Ermənistanın Energetika və Təbii Sərvətlər Naziri bildirmişdir ki, Ermənistan Atom Elektrik Stansiyasında 22 sentyabr tarixində başlamış təmir işləri ilin sonunadək yekunlaşacaq və elektrik enerjisinə olan tələbat isə bu müddət ərzində İran tərəfindən təmin ediləcək. Qeyd edilmişdir ki, elektrik enerjisinin qısamüddətli kəsilməsinə səbəb noyabrın 2-də İran elektrikötürmə xəttlərindəki təmir-proflaktik işlərinin həyata keçirilməsi olmuşdur. Energetika naziri Armen Movsisyan qeyd etmişdir ki, mövcud xətt xeyli köhnəlmişdir və ən qısa zamanda bərpasına ehtiyac vardır.

23-Noyabr-2013, 10:59 Ətraflı

Ermənistan Sərsəng su anbarına görə məsuliyyət daşıyır

Ramiz Sevdimalıyev: “İşğalçı dövlət Sərsəng su anbarı vasitəsiylə manipulyasiya edib Azərbaycanı təhdid altında saxlamaq istəyir”

18-Noyabr-2013, 11:16 Ətraflı

Sərsəngi xilas edək!!!

Milli Məclisin deputatı Elxan Süleymanov: “Elə ola bilər ki, işğal altında olan Sərsəng Su Anbarı partladılar və bunun nəticəsində 7 rayon su altında qala bilər”

“Ermənilər Sərsəng su anbarından gündə 2 saat su verirlər. Göndərdikləri suda da çox vaxt yoluxucu xəstəliklər olur. Artıq neçə illərdir ki, bu vəziyyətdəyik. Şəhərdən kəndə içmək üçün su gətiririk, çünki verilən su yalnız məişətdə istifadə olunmağa yetir”.  Bunu Tərtərin Kəngərli kənd sakini Vasif Nəbiyev deyib.

V. Nəbiyev deyir ki, şəhərdən gətirdikləri suyu pulla alırlar: “3 tonluq çəni doldurmaq üçün 10-15 manat pul veririk”. 

Sakinlər kənddə olan artezian quyularının sayının artırılmasını istəyirlər. Elə bununla bağlı dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Amma hələ də problemləri həll olunmur.

29-Oktyabr-2013, 12:31 Ətraflı