Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa etiraz məktub göndərib

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa etiraz məktub göndəribHörmətli prezident Şults,
Maliyyə pozuntuları və vergidən yayınmaya görə xanım Leyla Yunus və cənab Arif Yunusa qarşı irəli sürülmüş hüquqi proseslərə dair 15 avqustda etdiyiniz müraciəti təəssüflə oxuduq. Lakin siz yenidən üçüncü ölkənin – azad və suveren dövlət olan Azərbaycanın məhkəmə məsələlərinə qarışmağı seçdiniz
19-Avqust-2015, 14:35 Ətraflı

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”24-27 avqust 2015-ci il tarixlərində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaq.
14-Avqust-2015, 08:24 Ətraflı

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilərElxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
 
AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi. Gözlənildiyi kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi. Bu problemlə bağlı "mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA-da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu. Assambleya məruzənin 1-ci maddəsində "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini həmişə istifadə etdikləri "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə dəyişdi. Bütün Avropa və güc mərkəzləri bu dəyişiklikliyi etmək üçün bütün resursları səfərbər etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı qoymuşdular. Bu gözlənilən idi. Belə ki, hüququn aliliyi, demokratiya carçısı Assambleya bir üzv dövlətin digərinin ərazisini 23 ildir işğal altında saxladığını, Azərbaycan xalqının bu cür ağır faicəsindən məlumatlı olduğunu ifadə etməklə öz fəaliyyətsizliyini ifşa etməklə bərabər, Azərbaycan torpaqlarının işğal altında saxlanılması fakıtına göz yumduğunu etiraf etmiş olurdu.
25-İyun-2015, 11:43 Ətraflı

AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdır

AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdırDünən, 22 iyun tarixdə Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilmişdir. İclasda Həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunmuşdur. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılmışdır.
23-İyun-2015, 12:15 Ətraflı

“AŞPA-nın 2015-ci il yaz sessiyasının gündəliyindəki məsələlər və nəticələr”

“AŞPA-nın 2015-ci il yaz sessiyasının gündəliyindəki məsələlər və nəticələr”"AŞPA-nın 2015-ci il yaz sessiyasının gündəliyindəki

məsələlər və nəticələr”
23-Aprel-2015, 08:18 Ətraflı

Elxan Süleymanov AŞPA prezidentinə məktub ünvanlayıb

Elxan Süleymanov AŞPA prezidentinə məktub ünvanlayıbDünən, aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində sizin adınızdan dərc edilmiş "AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-reliziniz məni təəccübləndirdi.
18-Aprel-2015, 16:40 Ətraflı